Bu dələduz Bakıda həbs olundu: "O pulu mən almamışam"

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Vanbo Aurelienin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Sportinfo.az xəbər verir ki, prosesə hakim Rahib Salmanov sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, V.Aurelien 1 il müddətinə azadlıqdan məhrum edilib.

 

Bu ilin fevralında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən vətəndaş tanımadığı şəxslərin onun etimadını qazanaraq 20000 ABŞ dollarını guya xüsusi kimyəvi vasitələrlə 40000 ABŞ dollarına çevirəcəkləri adı ilə aldadaraq pulunu dələduzluq yolu ilə ələ keçirdiklərini bildirib.

 

İdarə əməkdaşları tərəfindən keçirilən xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Kamerun Respublikasının vətəndaşı Vanbo Aurelien saxlanılıb.

 

O, bir qrup şəxslə əlbir olaraq, beynəlxalq miqyaslı idman yarışları, eləcə də tədbirlər ərəfəsində Bakı şəhərinə çoxlu sayda turistlərin səfər edəcəyini bildiklərindən qeyd olunan üsulla əcnəbi qonaqların və yerli vətəndaşların pullarını mənimsəmək niyyəti ilə Azərbaycana gəldiklərini bildirib.

 

Vanbo Aurelienin Xətai rayonu ərazisində yaşadığı evə baxış zamanı oradan kimyəvi maddələr və digər maddi sübutlar aşkar edilərək götürülüb.

 

Məhkəmə prosesində V.Aurelien ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilmədiyini, zərərçəkmiş Məmməd Məmmədovu əvvəlcədən tanıdığını, onun mənzilində kirayədə yaşadığını deyıb:

 

"O pulu mən yox, mənim yerlim Luma Kables alıb. Məmməd pulu Lumaya verib və o da bu ilin yanvar ayından Bakıdan gedib. İttihamda yazılanları mən törətməmişəm. Anam bu xəbəri eşidəndən sonra dünyasını dəyişdi".

Tarix: 7 Oktyabr 10:23    Oxunub: 237    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

15 Dekabr 2017
14 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.