FOTO Nicat Muxtarov azadlıqda!

"Sumqayıt"ın və gənclər millisinin sabiq futbolçusu Nicat Muxtarov bu gün azadlığa çıxıb. Bu barədə Sportinfo.az-a onun atası Asif Muxtarov məlumat verib.


Sitat: "Şükür Allaha, oğlum artıq yanımızdadı. Mənim üçün bundan sevincli gün ola bilməz. O, heç vaxt pis yolda olmayıb, bundan sonra da həmin yola düşməyəcək".  


Nicat Muxtarov sentyabrın 9-da və 15-də Sumqayıt telekommunikasiya qovşağına məxsus ümumilikdə 695 metr hava rabitə kabelinin kəsilərək oğurlamaqda şübhəli bilinən mütəşəkkil qrupun tərkibində tutulub.

 

Tarix: 6 Oktyabr 15:00    Oxunub: 799    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Oktyabr 2017
20 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.