Azərbaycan növbəti beynəlxalq turnirə ev sahibliyi edəcək

Avropa Voleybol Konfederasiyası Azərbaycana növbəti dəfə etimad göstərib. Sportinfo.az xəbər verir ki, Azərbaycan qadın voleybolçular arasında Avropa çempionatının ardından, çimərlik voleybolu üzrə beynəlxalq turnirə də (2017 CEV-EEVZA Beach Volleyball Satellite Baku ) ev sahibliyi edəcək.


Oktyabrın 11-dən 14-dək davam edəcək yarış “Su İdmanı Sarayı”nda keçiriləcək. Azərbaycanı turnirdə Ruslan Əliyev – Vüsal Qurbanov, Vadim Kutukov – Pərviz Səmədov, Fidan Ağaməmmədova – Dünya Vəliyeva, İlhaməƏliyeva –İrina Abbaszadə və Nazilə Səlimova – Viktoriya Ağakişiyevadan ibarət cütlüklər təmsil edəcək.


Kişilərin mübarizəsində Rusiyadan 5, Çexiyadan 4, Avstriya, Hollandiya, Danimarka, Ukrayna, Fransa, Yunanıstandan 2, Finlandiya, Sloveniya, İsveç, Türkiyə, İtaliya və Latviyanın hərəsindən 1 komanda gücünü yoxlayacaq.

 

Qadın voleybolçuların yarışına isə Avstriya, Belçika, Belarus, Şotlandiya, Sloveniya, İsveç, Kipr, Almaniya, Yunanıstan, Çexiya (hamısı 1 cütlük), Macarıstan, Hollandiya, Danimarka (2), Fransa (3) və Rusiya (5) təmsilçiləri qatılacaqlar.


Yarışın ilk günü, 11-13 oktyabrda təsnifat mərhələsi, 14-də isə yarım final və final oyunları keçiriləcək.
Qeyd edək ki, oyunlar 3 meydançada baş tutacaq. I yer 880, II yer 640, III yer 520 avro məbləğində mükafatlandırılaca.

Tarix: 3 Oktyabr 21:00    Oxunub: 312    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

12 Dekabr 2017
11 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.