Prezident İlham Əliyevdən milliyə böyük dəstək - FOTOLAR

Qadın voleybolçular arasında Avropa çempionatında üçüncü yer uğrunda görüş keçirilib. Sportinfo.az xəbər verir ki, çempionatın bürünc medalları uğrunda Milli Gimnastika Arenasında Azərbaycan və Türkiyə yığma komandaları qarşılaşıb.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev komandamızın oyununa baxıb. Maraqlı idman mübarizəsi şəraitində keçən matçın birinci setində üstün oyun nümayiş etdirən Azərbaycan millisi 25:22 hesabı ilə qalib gəlib.

 

Komandaların böyük əzmkarlıq göstərdikləri ikinci setdə Türkiyə voleybolçuları 21:25 hesabı ilə üstün olublar. Beləliklə, ümumi hesab bərabərləşib – 1:1. Qarşılaşmanın üçüncü seti təşəbbüsə yiyələnən Türkiyə voleybolçularının üstünlüyü ilə başa çatıb – 14:25.

 

Dördüncü setdə də qalib gələn (8:25) Türkiyə millisi ümumi hesabda qələbə qazanıb - 3:1. Beləliklə, Türkiyə voleybolçuları Avropa çempionatının bürünc medallarına sahib olublar. Azərbaycan milli komandası çempionatı dördüncü sırada başa vurub.


Azərbaycanın qadın voleybolçuları Avropa çempionatlarında ən yaxşı nəticəni 2005-ci ildə Xorvatiyada keçirilən qitə birinciliyində göstəriblər. Həmin vaxt millimiz Avropa çempionatlarında ilk dəfə iştirak etməsinə baxmayaraq, dördüncü yeri tutub. Azərbaycanın qadın voleybolçuları həmin çempionatdan başlayaraq, sonrakı qitə birinciliklərinin final mərhələlərində çıxış ediblər.

 

 

Tarix: 2 Oktyabr 10:48    Oxunub: 100    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Oktyabr 2017
18 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.