Hollandlara uduzmağın səbəbi

"Oyun çətin oldu. Bunu gözləyirdik. Birinci setdə matça yaxşı başladıq. Sonradan topun qəbulunda problemlər yaranmağa başladı".

 

Sportinfo.az xəbər verir ki, bunu qadınlar arasında voleybol üzrə Avropa çempionatının yarımfinal oyununda Hollandiyaya məğlubiyyətdən sonra (2:3) Azərbaycan yığmasının məşqçisi Famil Ağayev deyib.


"Birinci setdə daha yaxşı, səhvsiz oynadıq. İkinci setdə topun qəbulunda problemlər yaşamağa başladıq. Hücum xəttinə top ötürə bilmədik. Bu da iki set məğlub olmağımıza gətirib çıxardı.

 

4-cü setdə geridönüş etdik, 4-cü setdə qızlar, deyərdim ki, voleybolun ən zirvə nöqtəsini, gözəlliyini göstərdilər. 5-ci setdə sona doğru toparlana bilmədik və məğlub olduq", - deyə o bildirib.

Tarix: 1 Oktyabr 14:51    Oxunub: 263    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 Yanvar 2018
21 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.