"Belə getsə, "Sumqayıt" daha yaxşı yerlərə çıxa biləcək"

Premyer Liqanın 7-ci turunda səfərdə “Səbail”i məğlub edən (2:0) “Sumqayıt”ın baş məşqçisi Samir Abasov oyunsonrası mətbuat konfransında sualları cavablandırıb. Sportinfo.az xəbər verir ki, Abasov əvvəlcə oyunla bağlı fikirlərini bildirib:
 
- Bu qələbə bizim üçün çox vacib idi. Özümüz öz üzərimzidə çox böyük təzyiq yaratmışdıq. Şükürlər olsun ki, bu qələbəylə bunu öz üzərimizdən ata bildik. İndi fasiləyə rahat yollana bilərik. Bu gün uşaqlar verilmiş tapşırıqları tam yerinə yetirdilər. Belə getsə, daha yaxşı yerlərə çıxa biləcəyik.
 
- “Daha yaxşı yerlər” deyəndə məhz hansı nəticəni nəzərdə tutursuz? 

- Bundan öncəki oyunlarda bəzi qarşılaşmalar olmuşdu ki, məhz öz səhvlərimzidən məğlub olmuşduq. Bu oyun bizə ümid verir ki, qarşıdakı oyunlarda bu cür səhvlərə yol verməyək və daha yaxşı nəticələr qazanaq.

Tarix: 1 Oktyabr 00:24    Oxunub: 126    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

13 Dekabr 2017
12 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.