ŞOK! Azərbaycan beynəlxalq yarışlarda iştirakdan kənarlaşdırıldı

Ağır atletika üzrə Azərbaycan yığması bir il müddətinə beynəlxalq yarışlarda iştirakdan kənarlaşdırılıb.n Sportinfo.az xəbər verir ki, bu barədə Beynəlxalq Ağır Atletika Federasiyasının İcraiyyə Komitəsinin saytında dərc olunan qərarda bildirilir.


Azərbaycan yığması ilə yanaşı beynəlxalq turnirlərdə Qazaxıstan, Rusiya, Belarus, Ermənistan, Türkiyə, Ukrayna və Moldova idmançıları da iştirak edə bilməyəcəklər.

 

2008 və 2012-ci illər yay olimpiya oyunları zamanı götürülən dopinq nümunələrinin təkrar yoxlanılması nəticəsində bu ölkələrin yığmaları üç və daha artıq müsbət nəticə veriblər.

 

Beləliklə, göstərilən ölkələrin milli komandaları 28 Noyabr - 5 Dekabr tarixlərində Amerikanın Anahaym şəhərində keçiriləcək dünya çempionatını buraxmalı olacaq.

Tarix: 30 Sentyabr 19:42    Oxunub: 880    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

11 Dekabr 2017
10 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.