"Hamı bizə hörmətlə yanaşır, bu da əbəs yerə deyil"

“Düzdü, İspaniya çətin rəqibdi, amma Azərbaycan millisi də asan yeniləcək komanda deyil. Artıq 5-ci dəfədir ki, Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmışıq. Deməli, kifayət qədər təcrübəmiz var”.

 

Sportinfo.az xəbər verir ki, bu sözləri futzal üzrə milli komandamızın kapitanı  Rizvan Fərzəliyev Azərbaycan Futbol Federasiyasının rəsmi feysbuk səhifəsinə açıqlamasında deyib.

 

Millimizin Avropa çempionatındakı rəqibləri - İspaniya və Fransanı dəyələndirən 37 yaşlı oyunçu çətin qrupa düşdüklərini, ancaq sona qədər mübarizə aparacaqlarını söyləyib: 

 

“Oyunlara qədər qalan vaxtı düzgün dəyərləndirməli, ciddi hazırlaşmalıyıq. Mübarizəni qrup mərhələsi ilə məhdudlaşdırmaq haqda düşünmürük. Razıyam, bu gün İspaniya dünyada ən güclü yığmalardan biridir.

 

Sonuncu dünya çempionatında büdrəsələr də, zəif rəqib deyillər. İndi qrupumuzun favoriti onlar hesab edilir, amma biz sona qədər mübarizə aparacağıq. Fransaya gəldikdə, onlar ilk mərhələdən bura qədər uzun yol qət ediblər.

 

Üstəlik, play-offda Xorvatiya kimi komandanı yarışdan kənarlaşdırıblar. Halbuki onlar da son illərdə final mərhələsinin iştirakçıları sırasında görməyə alışdığımız rəqiblərdəndir. Deməli, Fransa komandası hazırda yüksəlişdədir.

 

Bir faktı da vurğulayım ki, yığmamıza indi bütün komandalar hörmətlə yanaşır. Bu da əbəs yerə deyil. Dünya çempionatında nümayiş etdirdiyimiz oyunlar, eləcə də ardıcıl Avropa çempionatının final mərhələsində iştirakımız və qazandığımız nəticələr onları buna vadar edir”.

Tarix: 29 Sentyabr 16:36    Oxunub: 111    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Oktyabr 2017
17 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.