Millimizin baş məşqçisi dedi: "Çətin qrupa düşmüşük"

“İspaniya haqqında geniş danışmağa ehtiyac yoxdur. Bu komanda təkcə Avropada deyil, dünyada sayılıb-seçilən millilərdəndir". 

 

Sportinfo.az xəbər verir ki, bu sözləri futzal üzrə milli komandamızın baş məşqçisi Joze Alesio Da Silva AFFA-nın rəsmi saytına açıqlamasında deyib.

 

Millimizin Avropa çempionatındakı rəqibləri - İspaniya və Fransanı dəyələndirən braziliyalı mütəxəssis çətin qrupa düşdüklərini bildirib:

 

"Fransa üçüncü səbətdən gəlsə də, inamlı yol qət edib. Onlar Xorvatiya kimi Avropa çempionatının daimi iştirakçılarından olan bir komandanı play-off mərhələsində mübarizədən kənarlaşdırıblar.

 

Mənzərə onu göstərir ki, çətin qrupa düşmüşük. Qrup mərhələsini adlaya bilsək, növbəti oyunlarımız daha maraqlı keçəcək. 

 

İspaniya ilə dünya çempionatının final mərhələsində eyni qrupda yer almışdıq və onlarla başabaş mübarizə aparmışdıq. Bu dəfə də layiqli çıxış edəcəyik. Final mərhələsinə qədər vaxtımız var. Heyəti optimallaşdırmağa çalışacağıq”.

Tarix: 29 Sentyabr 16:24    Oxunub: 126    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.