Azərbaycan millisinin Avropa çempionatındakı rəqibləri sabah müəyyənləşəcək

Futzal üzrə Azərbaycan milli komandasının Avropa çempionatının final mərhələsindəki rəqibləri sentyabrın 29-da müəyyənləşəcək. 

 

Sportinfo.az xəbər verir ki, Sloveniyanın paytaxtı Lyublyanada keçiriləcək tədbirə UEFA prezidenti Aleksander Çeferin də qonaq qismində qatılacaq. 


Mərasim sabah saat 14:00-dan etibarən UEFA-nın rəsmi saytı vasitəsilə canlı yayımlanacaq. Püşkatma mərasimində Azərbaycanı AFFA-nın futzal üzrə koordinatoru Asim Xudiyev təmsil edəcək. 

 

Avropa çempionatı 2018-ci il sentyabrın 30-dan oktyabrın 10-dək Lyublyanada keçiriləcək. Püşköncəsi komandalar səbətlərə bu şəkildə bölünüb:


Səbət 1: Sloveniya (ev sahibi, A qrupu), İspaniya (son qalib), Rusiya, Portuqaliya
Səbət 2: İtaliya, Ukrayna, Azərbaycan, Qazaxıstan
Səbət 3: Serbiya, Rumıniya, Polşa, Fransa

Tarix: 28 Sentyabr 17:48    Oxunub: 133    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

12 Dekabr 2017
11 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.