Bakıda keçiriləcək Avro-2020-nin seçmə mərhələsinin püşkatma vaxtı və yeri

2020-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi İrlandiyanın paytaxtı Dublində keçiriləcək. Sportinfo.az xəbər verir ki, tədbir 2018-ci il dekabrın 2-də təşkil olunacaq.


Dublinə yollanacaq 650 qonaq arasında iştirakçı ölkələrdən 300 nümayəndə yer alacaq. Habelə, 350 KİV nümayəndəsinin qatılacağı tədbir canlı yayımla dünyada 150 milyon nəfərlik auditoriyaya çatdırılacaq.


Avropa çempionatının oyunları Avropanın 13 şəhərində, o cümlədən, Bakıda təşkil olunacaq. Bakı Olimpiya Stadionunda qrup mərhələsinin 3, 1/4 final mərhələsinin 1 oyunu keçiriləcək. Yarımfinal və final matçlarını İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionu qəbul edəcək. 

Tarix: 28 Sentyabr 14:36    Oxunub: 151    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 İyul 2018
15 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.