FOTOLAR - Yeni Azərbaycan çempionatında cəmi 7 komanda!

Bu gün AFFA-nın Futbol akademiyasının iclas zalında futzal üzrə ölkə çempionatının 2017/2018-ci il mövsümünün püşkatma mərasimi keçirilib. 

 

Sportinfo.az xəbər verir ki,əvvəlcə UEFA tərəfindən futzal məşqçiləri üçün hazırlanmış metodik vəsait iştirakçı klubların baş məşqçilərinə və nümayəndələrinə təqdim edib.

 

Daha sonra qarşıdakı mövsümdə tətbiq olunacaq yeniliklər barədə məlumat verilib. Püşkün nəticəsinə əsasən, Yüksək Liqanın birinci turunun təqvimi aşağıdakı kimi olacaq:

 

30 sentyabr
Saat 15:00  “Neftçi” İK – “Yasamal”
Saat 16:30 EKOL – “Araz”
Saat 18:00 FK.İD.Futsal – “Marafon Futsal”

 

7 komandanın iştirakı ilə keçiriləcək Yüksək Liqa 4 dövrədən ibarət olacaq. “Xəmsə” komandası birinci turda istirahət edəcək. Birinci turun oyunları ABU Arenada keçiriləcək.  

 

Tarix: 27 Sentyabr 17:36    Oxunub: 391    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Oktyabr 2017
18 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.