Federasiyanın getdikcə ağırlaşan maliyyə vəziyyəti artıq...

Azərbaycan Milli Karate Federasiyasının getdikcə ağırlaşan maliyyə vəziyyəti artıq idmançıların məsul beynəlxalq yarışlarda nəticələrinə də təsir göstərməkdədi.

 

Sportinfo.az xəbər verir ki, İstanbulda Dünya Karate Federasiyasının nüfuzlu turnirləindən olan Karate 1 liqasının A seriyasında böyük heyətlə iştirak edən idmançılarımız 2 bürünc medalla kifayətlənməli olublar. 

 

Gənclər və böyüklərdən ibarət seçmə komandalarnın bir çox üzvündən yalnız Rafael Ağayevlə (-75 kq), İrina Zaretska (-68 kq) A liqasının 3-cü pilləsini tutub. 12-ci İstanbul Open turnirində 72 ölkədən 1134 karateçi mübarizə aparıb. 

 

Qarşıda yeniyetmə və gəncləri oktyabrın son günləri İspaniyada dünya çempionatı gözləyir. Dünya çempionatı 2018-ci ilin yayında Argentinada Yeniyetmələrin olimpiadasına lisenziya xalları qazandıran üç rəsmi yarışdan ikincisidi. Hazırlıqlar üçün ciddi çətinliklər olsa da, təlim-məşq toplanışı davam edir.

Tarix: 25 Sentyabr 19:24    Oxunub: 189    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018
18 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.