Türkiyə millisi Bakıda arzuolunmaz situasiya ilə üzləşdi

Voleybolçu qadınlar arasında Avropa çempionatında növbəti oyunlar keçirilib. Sportinfo.az xəbər verir ki, C qrupunda Türkiyə və Rusiya milliləri üz-üzə gəlib.

 

"Ay-ulduzlular" çempionatdakı ilk oyununda 1:3 hesabı ilə uduzub. Üçüncü set gərginliyi ilə diqqət çəkib. Türkiyə millisinin baş məşqçisi Covanni Qidetti hakimin qərarına sərt etiraz etdiyi üçün qırmızı vərəqə alaraq, seti kənardan izləməli olub.

 

Bu da komandanın çıxışına təsirsiz ötüşməyib. Rusiya millisi "ay-ulduzlular"ın psixoloji gərginliyindən yararlanmağı bacarıb.

 

Tarix: 24 Sentyabr 13:07    Oxunub: 296    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Oktyabr 2017
16 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.