"Azərbaycan millisinin baş məşqçisi ilə dostam": Avropalı hakim

"Azərbaycanda 8 dəfə olmuşam və hər səfərimdə böyük inkişafin şahidi oldum" - Sportinfo.az xəbər verir ki, bu sözləri "report"un Gürcüstan bürosuna açıqlamasında beynəlxalq dərəcəli hakim, qadınlar arasında Avropa çempionatının hakimi Patrik Riçad söyləyib.


Riçard Gürcüstanda çempionatın qrup oyunlarının təşkilində Azərbaycanın rolunu yüksək qiymətləndirib. ​ O qeyd edib ki, Azərbaycanda idmana böyük maraq var:

 

"Bölgələrdə idmanı inkişaf etdirmək üçün yeni olimpiya mərkəzləri tikilib. Bakıda və Qubada bir neçə oyuna hakimlik etmişəm. Bu Avropa çempionatinda da oyunları idarə edəcəm. 

 

Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayevlə dostam. O, voleybolun inkişafı üçün çox çalışır. Çox yaxşı haldır ki, Prezident İlham Əliyev də ölkənizdə idmanın inkişafina böyük diqqət yetirir.

 

Bunun nəticəsidi ki, Azərbaycanda idman, xüsusən də qadın voleybolu çox yaxşı inkişaf edir. Bu çempionatda Azərbaycanın qadın voleybolçularının layiqli yer tutacaqlarına inanıram".

Tarix: 24 Sentyabr 01:00    Oxunub: 227    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Oktyabr 2017
18 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.