Kaptana dopinq şoku!

A Seriasında çıxış edən “Benevento”nun kapitanı Fabio Luçioni dopinqə “ilişib”. Sportinfo.az xəbər verir ki, futbolçunun III tur çərçivəsində keçirilən “Torino” ilə oyundan sonra verdiyi dopinq testinin nəticəsi müsbət çıxıb.


O, dopinqlə mübarizə mərkəzi tərəfindən idman məhkəməsinə verilib və lisenziyası əlindən alınıb. 29 yaşlı futbolçu sabah A Serianın 6-cı turu çərçivəsində “Kroton”a qarşı baş tutacaq matçda iştirak edə bilməyəcək.


Fabio Luçionini 1 ildən 4 ilədək yaşıl meydanlardan uzaqlaşdırılma cəzası gözləyir. Məsələ ilə bağlı açıqlama verən italyan müdafiəçi, sadəcə, ona məsləhət görülən müalicəyə əməl etdiyini bildirib. Bundan başqa klub da yaydığı açıqlamada kapitanının yanında olduğunu deyib.

Tarix: 23 Sentyabr 20:08    Oxunub: 159    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Oktyabr 2017
16 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.