İtaliyadan "Qarabağ"a: "Bakı səfəri kifayət qədər bahalıdı"

Çempionlar Liqasının qrup mərhələsinin II turunda "Qarabağ" evdə "Roma"nı qəbul edəcək. Sportinfo.az xəbər verir ki, sentyabrın 27-də baş tutacaq oyun Bakı Olimpiya stadionunda keçiriləcək.

 

Qonaq komanda bu görüşdə dəstəksiz qalmayacaq. İtaliyadan təxminən 500 azarkeşin "canavarlar" üçün Bakıya gələcəyi gözlənilir. 

 

Matçın bilet qiymətləri və Bakıya səfər xərcləri isə "buzovlar ölkəsi"ndə zarafatlara səbəb olub. İtaliya mətbuatında yer alan xəbərlərə görə, hər iki amil azarkeşlərin ironik yanaşmasına gətirib çıxarıb.

 

Məsələ burasındadı ki, qonaq komandanın azarkeşləri üçün 1.5 avroluq biletlər ayrılıb. Bu da Çempionlar Liqası üçün ən aşağı rəqəm sayılır. Ancaq Bakıya səfər kifayət qədər bahalıdı.

 

Məlumata görə, İtaliyadan gəlmək istəyənlər təxminən 500 avro xərcə düşməlidilər. 7 saatlıq səfərə azarkeşlərin biri belə reaksiya verib: "Bu oyuna görə Hindistana getmək necə də kədərlidi..."

Tarix: 23 Sentyabr 19:42    Oxunub: 399    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.