"Udineze” Bakı səfəri öncəsi “Roma”nı sevindirdi - VİDEO

İtaliya A Seriyasında 6-cı turun oyunları keçirilib. Sportinfo.az xəbər verir ki, Çempionlar Liqasında Azərbaycan çempionu “Qarabağ”la bir qrupda yer alan “Roma” da növbəti matçına çıxıb.

 

Sözügedən kollektiv doğma meydanda “Udineze” ilə qarşılaşıb. Ağdam klubunun rəqibi bu oyundan inamlı qələbə ilə ayrılıb - 3:1.

 

Hesabı 12-ci dəqiqədə Edin Dzeko açıb. 30 və 45-ci dəqiqələrdə isə Stefan Əl Şaraavi dublunu rəsmiləşdirən iki qola imza atıb.

 

89-cu dəqiqədə Dieqo Perotti romalıların 4-cü qolunu vurmağa yaxın olsa da, dirəyi nişan alıb. Əvəzində “Udineze” matçın son dəqiqəsində paytaxt təmsilçisini cəzalandırıb.

 

Bu qələbədən sonra “canavarlar” xallarının sayını 12-yə çatdırıb. Ehtiyatda bir oyunu olan paytaxt təmsilçisi 20 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb. “Qarabağ”ın “Roma” ilə ilk oyunu sentyabrın 27-də Bakıda baş tutacaq.


 

Tarix: 23 Sentyabr 19:29    Oxunub: 115    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.