“Qarabağ” - “Roma” matçı günorta keçiriləcək - Gənclər Liqası

UEFA Gənclər Liqasının 2-cu turu çərçivəsində keçiriləcək “Qarabağ” - “Roma” oyununun başlama saatı bəlli olub.

 

Sportinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüş sentyabrın 27-də Suraxanı qəsəbəsindəki “Azərsun Arena”da keçiriləcək və Bakı vaxtı ilə saat 14.00-da başlayacaq.

 

Komandaların hər birini sıfır xalı var. İlk turda “Qarabağ” “Çelsi”yə 0:5, “Roma” isə “Atletiko”ya 1:2 hesabı ilə uduzub.

 

“Qarabağ”la “Roma”nın əsas komandaları da sentyabrın 27-də qarşılaşacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək bu görüşə saat 20:00-da start veriləcək.

Tarix: 23 Sentyabr 19:16    Oxunub: 152    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Oktyabr 2017
18 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.