Anarın çempionu öldürdüyü anın yeni görüntüsü yayıldı - VİDEO

Rusiyanın Xabarovsk şəhərində azərbacyanlı Anar Allahverənovun ağırlıqqaldırma üzrə Rusiya və dünya çempionu Andrey Draçevi döyərək öldürməsinin yeni görüntüləri yayılıb. 

 

Sportinfo.az xəbər verir ki, yeni yayılan videoda davadan əvvəlki və sonrakı hadisələri görmük ölür. Avqustun 20-də kiqboksinqlə məşğul olan azərbaycanlı Xabarovskdakı kafelərdən birinin qarşısında Draçevlə mübahisə edib və onu başından zərbə vuraraq yerə sərib.

 

Daha sonra çempionun başına və sifətinə güclü zərbələr endirərək onu öldürüb. Bu qətl Rusiyada geniş rezonansa səbəb olub.

 

Allahverənovun barəsində beynəlxalq axtarış elan edilmişdi. O, bir neçə gün öncə Federal Təhlükəsizlik Xidmətinin Xabarovsk vilayət idarəsinə könüllü təslim olub.

 

Tarix: 23 Sentyabr 19:03    Oxunub: 409    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.