Məmmədovdan DÇ-də bürünc

Litvanın Klaypeda şəhərində hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatı davam edir. Sportinfo.az xəbər verir ki, üçüncü yarış günündə yunan-Roma güləşçilərimiz Sənan Əlimirzəyev (71 kq), Murad Məmmədov (59 kq) və Kərim Cəfərov (66 kq) xalça üzərinə çıxıblar.

 

Güləşçilərimiz günü 1 bürünc medalla tamamlayıb. ABŞ idmançısı İldar Hafizov üzərində 9:0 hesabı ilə qələbə qazanan Murad Məmmədov bürünc medala sahib olub.

 

Sənan Əlimirzəyev (71 kq) və Kərim Cəfərov (66 kq) isə bürünc medal uğrunda görüşdə uduzaraq çempionatı 5-ci sırada tamamlayıb. 

 

Həsən Əliyev (75 kq) məşqdə zədələndiyinə görə yarışlarda iştirak edə bilməyib. Məlumat üçün bildirək ki, hərbçilərin güləş üzrə 32-ci dünya çempionatında 22 ölkədən 320-yə yaxın idmançı iştirak edir.

Tarix: 23 Sentyabr 18:37    Oxunub: 78    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Oktyabr 2017
20 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.