"Roma"nın baş məşqçisi: "Qarabağ"la oyunda nə baş verəcəyini birlikdə görəcəyik"

“Mən heyəti qurarkən qərarımı oyundan-oyuna verirəm” - Sportinfo.az xəbər verir ki, bu sözləri “Roma”nın baş məşqçisi Eysebio Di Françesko deyib.


“Qarabağ”la Çempionlar Liqasında eyni qrupda mübarizə aparan “Roma” Bakı səfəri öncəsi bu gün İtaliya A Seriasının VI turunda “Udineze” ilə qarşılaşacaq.

 

Oyunöncəsi təşkil edilən mətbuat konfransında “canavarlar”ın baş məşqçisi komandasının hazırkı durumundan danışıb.


Jurnalistlərdən birinin “Alisson, Aleksandr Kolarov və Edin Ceko bütün oyunlarda iştirak ediblər. Onlar toxunulmazdı?”, sualını Di Françesko belə cavablandırıb: “Alisson, Kolarov və Cekonun “Udineze” ilə matçda da iştirak edəcəklərini deyə bilərəm.

 

Təbii ki, “Qarabağ” və “Milan”la görüşlər barədə də düşünürəm. Həmin matçlarda nə baş verəcəyini birlikdə görəcəyik. Heyətin qurulmasında keçirilən məşqlərin böyük rolu var.

 

Hələlik adıçəkilən oyunçuların yalnız sabah meydana çıxacaqlarına söz verə bilərəm. İndiyə qədər göstərdikləri oyun və istəkli olmaları ilə buna layiq olduqlarını göstəriblər”.

Tarix: 23 Sentyabr 17:58    Oxunub: 202    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.