"Rəşad Sadıqova çox inanıram, istəsə, onu özümlə apararam"

"Mən bundan sonra harda işləsəm, istərdim ki, Rəşad Sadıqov da yanımda olsun" - Sportinfo.az-ın məlumatına görə, bu sözlər millinin baş məşqçisi Robert Prosineçkiyə məxsusdu.

 

AFFA ilə müqaviləsi bu ilin sonunda başa çatacaq xorvatiyalı mütəxəssis Bakıda bəzi dostları ilə bir araya gəlib. O, Azərbaycanda fəaliyyətini davam etdirmək niyyətində olmadığını və burdan gedərkən kimi özüylə aparmaq istədiyini açıqlayıb:

 

"Mən Rəşada çox inanıram. İnsan və futbolçu kimi onu hədsiz bəyənirəm. Rəşad mənim ən yaxın köməkçimdi. Komandayla bağlı tez-tez söhbətimiz olur, fikirlərini sorşuram. Ünsiyyətcil oğlandı, yerini biləndi.

 

Onu özümə nə qədər yaxın buraxsam da, heç vaxt "qırmızı xətt"i keçmir. Futbolçulara təsiri böyükdü. Oyuna çıxanda komandanı motivasiya etməkdə çətinlik çəkmirəm. Çünki o da mənə kömək edir.

 

Bilmirəm Rəşad futbolçu karyerasını nə vaxt bitirmək istəyər. Amma daim yanımda olmasını arzulayıram. Məşqçi kimi başqa yerdə işləmək fikri olsa, böyük məmuniyyətlə onu özümlə apararam".

Tarix: 23 Sentyabr 17:19    Oxunub: 933    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.