"Bunun üçün narahat deyiləm, işimizi analiz etməliyik"

İspaniya La Liqasında mübarizə aparan “Real”ın (Madrid) baş məşqçisi Zinəddin Zidan ötən turda “Betis” qarşı oyunda 1:0 məğlub olmaları haqqında açıqlamalar verib.


Sportinfo.az xəbər verir ki, lider “Barselona” ilə aralarında 7 xal fərqin olması bağlı danışan təcrübəli mütəxəssis:


“Çempionatın başa çatdığını düşünən insanlar var, lakin biz elə fikirləşmirik. Mövsüm çox uzundu və biz zirvə yarışında olacağıq”.


Qol vurmaq barəsində çətinlik çəkmələri ilə əlaqədar fikirlərini bildirən fransız çalışdırıcı: “Nəyə görə qol vura bilmədiyimiz barəsində bir açıqlamam yoxdu.

 

Bunun üçün narahat deyiləm. İşimizi analiz etməli və oyunumuzu inkişaf etdirməliyik. Hələ də iştirak etdiyimiz hər bir turnirdə şansımız var. Şansımız qalmasaydı, narahat olardım”.


“Betis”lə oyundan sonra Serxio Ramosun “Barselona”ya penaltilər verilir, lakin bizə penaltilərin verilməməsi məni təəccübləndirir” açıqlaması ilə bağlı da danışan Zinəddin Zidan: “Bu haqda heç nə demək istəmirəm. Hakimlərlə bağlı heç vaxt danışmamışam və danışmayacağam da”.


“Kral klubu”nun baş məşqçisi “Betis”lə oyunu 3 dəfə izlədiyini və oyun ərzində 27 dəfə qapıya zərbə endirdiklərini xatırladaraq pis çıxış etmədiklərini vurğulayıb.

Tarix: 23 Sentyabr 16:01    Oxunub: 86    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Oktyabr 2017
18 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.