Avtoritet Rail: "Baş verənləri kiminsə üzərinə yıxmaq istəmirəm"

"Sumqayıt" Premyer Liqanın 6-cı turunda "Qarabağ"a 1:4 hesabı ilə uduzub. Sportinfo.az xəbər verir ki, oyundan sonra qonaqların müdafiəçisi Rail Məlikov sualları cavablandırıb. :

 

- “Qarabağ”a qarşı oynayırdıq. Hansı ki, rəqibimiz Premyer Liqanın lideridi. Ağır olacağını bilirdik. Bu gün meydana 5 müdafiəçi ilə çıxmışıdıq. Məqsədimiz az qol buraxmaq və müdafiədən hücuma qoşulmaq idi. Birinci hissədə istəyimizi reallaşdıra bildik. Amma fasilədən sonra anlaşılmazlıq oldu. Baş verənləri kiminsə üzərinə yıxmaq istəmirəm. Kənardan hər şey görünürdü. Fakt odur ki, ikinci hissə bizim üçün uğursuz alındı.

 

Hakimlər oyunun nəticəsinə nə dərəcədə təsir etdi?

- Onlar haqda danışmaq istəmirəm. Nəyin necə olduğunu hamı gördü. Uduzmuşuq, əlavə nəsə demək, söyləmək istəmirik.

 

Demək olarmı, siz oyunu “İnter”lə qarşılaşmadan sonra uduzmusunuz. Çünki əksər komanda yoldaşlarınız müqavimət göstərmək haqda düşünürdü, qələbə qazanacağnıza inanmırdılar...

- Açığı, həmin müsahibələri oxumamışdım, fikirlə tanış deyiləm. Uduzmaq üçün meydana çıxmamışdıq. Hər oyuna rəqibə uyğun olaraq meydana çıxır, taktiki mübarizə aparırıq. Hazırlığımız da fərqli olur. “İnter”ə qarşı keçirdiyimizlə bu matçı eyniləşdirmək olmaz. Hər görüşün öz hazırlığı var. 

 

Komanda yoldaşlarınız deyirdi ki, “Qarabağ”la oyuna ən yaxşı halda müqavimət göstərməyə çıxacağıq…

- Niyə müqavimət? Biz qələbə qazanmaq üçün mübarizə apardıq.

Tarix: 23 Sentyabr 14:43    Oxunub: 260    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Oktyabr 2017
18 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.