5 dəfə artıq əməkhaqqı alacaq - sözləşməsinin detalları məlum oldu

Yay transfer dönəmində “Barselona”nın “Borussiya”dan (Dortmund) rənglərinə bağladığı Usman Dembelenin yeni klubu ilə olan sözləşməsinin detalları mətbuata sızıb.


Sportinfo.az “Football Leaks” nəşrinə istinadən xəbər verir ki, oyunçunun “kataloniyalılar”da alacağı maaş alman təmsilçisində aldığı məvacibdən 5 dəfə artıq olacaq.


Belə ki, Borussiya klubunda illik 2.4 milyon avro qazanan gənc hücumçu “Barselona”da illik 12 milyon avro maaş alacaq.


Fransız futbolçu “Barsa”nın heyətində bu mövsüm 3 kubok qazanacağı təqdirdə 3.3 milyon avro bonus əldə edəcək.


Dembele “Barselona”ya 105+42 milyon avro qarşılığında transfer olmuşdu. 20 yaşlı forvard 25, 50, 75 və 100 oyunda iştirak etdikdən sonra əlavə olaraq 5 milyon avro qazanacaq. Zədəsi olan futbolçu 4 aydan sonra yaşıl meydanlara qayıdacaq.

Tarix: 23 Sentyabr 14:04    Oxunub: 128    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Oktyabr 2017
16 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.