"O, günahsız olduğunu sübut edəcək” - karyerasını dayandırdı

“Şaxtyor”un futbolçusu Dario Srna karyerasını dayandırıb. Sportinfo.az xəbər verir ki, Srna klub rəhbərliyi ilə məsləhətləşdikdən sonra bu qərarı verib.

 

Xorvat futbolçu bildirib ki, heç vaxt bilərəkdən qadağan olunmuş maddə qəbul etməyib. “Şaxtyor” məsələ ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, futbolçu müdafiəsinə konsentrasiya olunmaq üçün bu addımı atıb:

 

“Dario Srnadan turnirdənkənar müddətdə - martın 22-də götürülən dopinq-test müsbət nəticə vermişdi. Amma bu gün futbolçunun meydana çıxması üçün heç bir maneə yoxdu.

 

Buna baxmayaraq, klubla məsləhətləşmələrdən sonra müdafiəsinə daha yaxşı konsentrasiya olunmaq üçün Srna çıxışını dayandırmaq barədə qərar qəbul edib. Klub onun qərarına hörmət edir və əmindi ki, Dario günahsız olduğunu sübut edəcək”.

Tarix: 23 Sentyabr 13:12    Oxunub: 177    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.