İspan Qurbanovun "qara siyahı"sına düşməkdən qorxmur: "Bu, onunla öz aramızda olan məsələlərdi"

"Qarabağ"ın yarımmüdafiəçisi Migel Madera Premyer Liqanın VI turunda "Sumqayıt"la oyundan (4:1) sonra brifinq keçirib. Sportinfo.az xəbər verir ki, ispaniyalı legioneröncə matç barədə fikirlərini bildirib.


 
- "Roma" ilə Çempionlar Liqası oyunu öncəsi vacib qələbə qazandıq. İlk hissədə istədiyimiz alınmadı. Ancaq bu, vacib qələbə idi. Öz oyunuma gəlincə, deyərdim ki, bunun öhdəsindən gəldim.
 
"Roma" ilə matçın təzyiqi ilk hissədə büruzə verirdi...

- Bunlar tamam fərqli oyunlardır. Bugünkü rəqibimiz də oynayır, müqavimət göstərir.
 
Qırmızı vərəqə aldıqdan sonra Qurban Qurbanov sənə sərt şəkildə irad bildirdi və paltardəyişmə otağına yollanmağını bildirdi...

- Mənə heç nə demədi. Nə olacaqsa, öz aramızda olan məsələlərdi. Futbolda olan şeylərdi. Oyun zamanı əsas söz sahibləri hakimlər olur.
 
Qorxmursan ki, bu hərəkətinə görə Qurban Qurbanovun "qara siyahı"sına düşəsən?

- Qorxu və "qara siyahı"? Nə demək olduğunu anlamıram.
 
 

Oynamamaq, ehtiyat oyunçular skamyası...

- Bu, futbolda olan şeylərdir. Çalışmaq lazımdır. Olan oldu, keçən keçdi.
 
 

"Roma" ilə oyunda "Qarabağ"dan nə gözləmək olar?

- Ümid edirəm ki, "Çelsi" ilə oyundakı ssenarinin təkrarı olmayacaq. Üstəlik, evdə oynayacağıq, daha istəkli olacağıq.

Tarix: 23 Sentyabr 12:46    Oxunub: 228    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Oktyabr 2017
16 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.