Divizionda iştirak etməyən klubların aqibəti necə olacaq?

AFFA İcraiyyə Komitəsinin (İK) iclasının nə vaxt baş tutacağı hələ də dəqiqləşməyib. Nizamnaməyə görə, il ərzində 4 dəfə toplaşmalı olan qurum aylardı bir araya gəlmir.
 
Sportinfo.az xəbər verir ki, İK 2017-ci ildə yalnız mart ayında toplaşıb. Ondan sonra bir araya gəlməyən qurum cari məsələlərin müzakirəsi və qərarların qəbulu üçün indiyədək yığışmalı idi. Lakin hələ də AFFA bütün üzvləri bir yerə toplaya bilmir.
 
AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu bizimlə söhbətində İK-nın növbəti iclasının vaxtının hələ də dəqiqləşmədiyini bildirdi. Amma bizdə olan bilgiyə görə, assosiasiya I divizionla bağlı məsələlərin həllini gözləyir. İştirakçıların yekun siyahısı müəyyənləşdikdən sonra komitə yığışıb, cari məsələlərlə bağlı qərarları açıqlamalıdı.
 
Divizionda yeni mövsümün nə vaxt start götürəcəyi də bəlli deyil. Peşəkar Futbol Liqası (PFL) da bütün suallara aydınlıq gəlməsini gözləyir. Yarışda 10 komandanın iştirakı dəqiqləşsə də, apellyasiya şikayəti verənlər var və müvafiq komitə onların etirazının nə dərəcədə doğru olduğunu yoxlamalıdı. Məhz Apellyasiya Komitəsinin qərarından sonra PFL püşkatmanın vaxtını və start gününü təyin edəcək.
 
Bəs, Apellyasiya Komitəsi qərar verməkdə niyə yubanır? Nərmanoğluyla söhbətimizdə aydın oldu ki, şikayət edənlər var: “Ərizələr var. AFFA və PFL-in birgə komissiyasının son qərarıyla razılaşmayanlar müraciət edib. Onların şikayətinə Apellyasiya Komitəsində baxılmalıdı. Bu qurumla əlaqə saxladım, qərarı tezliklə göndərəcəklərini dedilər. Qərar bilinən kimi rəsmi sayt vasitəsi ilə açıqlayacağıq. Bütün klublar divizionda iştirak üçün tələbləri bilirdilər və bütün maddələrə əməl etməyənlər kənarda qalıb, bu haqda onlara məlumat verilib. Kimsə nədənsə narazıdırsa, şikayət edib. İndi Apellyasiya Komitəsi qərarını verməlidi”.
 
“Sumqayıt”ın Müşahidə Şurasının sədri Muxtar Babayevin rəhbəri olduğu Apellyasiya və Ekspert Komissiyasının verəcəyi qərar mühümdü. Amma iş ondadı ki, nə Babayevi, nə də üzvləri tapmaq mümkün deyil.

 

Onlar nəinki bir araya gəlmir, heç telefon zənglərimizə də cavab vermirlər. Güman ki, AFFA rəhbərliyi də onların qərarını yalnız telefon məsləhətləşməsindən sonra açıqlayacaq. Heç bir görüş, müzakirə olmayacaq, sadəcə, planlaşdırılan ssenari onların dilindən çatdırılacaq (futbolinfo.az).

Tarix: 23 Sentyabr 12:07    Oxunub: 645    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Oktyabr 2017
16 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.