"Bundan uzaq olmaq lazımdı"

“Oyuna ciddi hazırlaşmışıq, hər şey yaxşıdır. Matçı gözləyirik” - Sportinfo.az xəbər verir ki, bu sözləri kapazpfc.az-a “Kəpəz”in əsas komandasının üzvü Novruz Məmmədov deyib. 


Müdafiəçi bu gün “Səbail”ə qarşı keçirəcəkləri oyun (saat 17:30-da start götürəcək) haqda danışıb: “Qarşılaşmaya köklənmə yerindədir. Ümumiyyətlə, hər oyuna motivasiyamız olur. Sadəcə, şansızlıq yaşayırıq.

 

Psixoloji cəhətdən vəziyyət normaldı. Bəri başdan nəsə demək çətindir, amma “Səbail”ə qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. “Kəpəz”in tarixi böyükdür. “Səbail” isə yeni yaranan klubdu. Rəqib debütant olmasına baxmayaraq üstün cəhəti var.

 

Bu da turnir cədvəlində bizdən yuxarıda olmasıdı. Odu ki, komandamızın qələbəyə böyük ehtiyacı var. Üç xal qazanmalıyıq ki, autsayder mövqeyindən xilas ola bilək. Əsas məqsədimiz budur”.


Yeri gəlmişkən, Topaz Premyer Liqasının V turu Novruz Məmmədov üçün əlamətdar olub. 27 yaşlı müdafiəçi “Qarabağ”la səfər matçında Azərbaycan çempionatında 200-cü oyununa çıxıb. Ağdam klubu ilə görüşdə Novruz həm də “Kəpəz”də 25-ci matçını keçirib:

 

“Çempionatda daha çox oyun keçirmək istəyirəm. Amma ən önəmlisi çıxış etdiyim komandalara faydalı olmaqdır. Əsas məqsəd budur. Bu gün “Kəpəz”də oynayıramsa, bu klubun uğurları üçün səy göstərməliyəm. Karyerama yeni başlayanda bu qədər oyun sayını fikirləşə bilməzdim. Çünki sabah nəyin necə olacağını heç kim bilmir.

 

Zədə alması oyunçunun karyerasını tez başa vurmasına səbəb ola bilər. Bundan uzaq olmaq lazımdır. 200 oyun keçirdiyim üçün çox şadam. Digər tərəfdən statistika elə də böyük önəm daşımır. Oyun sayı yox, əsas olan futbolçunun komandaya xeyir verməsi, titul, uğur qazanmasıdır. Amma yenə də daha uzun illər oynamaq və inkişaf etmək istəyirəm”.

Tarix: 23 Sentyabr 11:54    Oxunub: 161    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.