“Şöhrət zalı”na daxil etdilər

İngiltərə futbolunun "Şöhrət zalı"na daha üç nəfər daxil edilib. Sportinfo.az xəbər verir ki, Stiven Cerrard, Frenk Lempard və 2011-ci ildə dünyasını dəyişən Qari Spid İngiltərə futbolunun “Şöhrət zalı”na daxil ediliblər.

 

Qari Spid karyerasına “Lids”də başlayıb. O, “Everton”, “Nyukasl”, “Bolton” kimi klubların şərəfini qoruyub. Spid Uels yığmasının heyətində 85 oyun keçirib. O, 2011-ci ildə, 42 yaşında dünyasını dəyişib.

 

Stiven Cerrard isə 1998-2015-ci illərdə “Liverpul”un şərəfini qoruyub. 37 yaşlı sabiq futbolçu hazırda “Liverpul”un akademiyasında çalışır.

 

39 yaşlı Frenk Lempard isə karyerasını 2017-ci ildə “Nyu-York Siti”də başa vurub. O, karyerasının əsas hissəsində “Çelsi”də oynayıb.

Tarix: 23 Sentyabr 10:36    Oxunub: 122    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.