"Azərbaycan millisi oyunboyu bizdən bir və ya iki addım öndə idi”

“İlk setdə əsl istədiyimiz oyunu ortaya qoymağa çalışdıq. Bütün qarşılaşmaya bu şəkildə köklənmək istəyirdik” - Sportinfo.az xəbər verir ki, bu fikirləri voleybol üzrə qadınlardan ibarət Macarıstan millisinin kapitanı Rita Liliom bildirib. 

 

Azərbaycan və Gürcüstanın birgə təşkil etdiyi qadınlar arasında voleybol üzrə Avropa çempionatının ilk oyununda millimizlə qarşılaşan Macarıstan 0:3 hesablı məğlubiyyətə üzülüb.

 

Ritanın fikrincə, hesab 16:11 olarkən konsentrasiyanı itirmələri həlledici olub:" Sonradan toparlanmağa və geri dönüş etməyə çalışsaq da, bu, mümkün olmadı. Azərbaycan millisi oyunboyu bizdən bir və ya iki addım öndə idi”.

 

A qrupunda Azərbaycan və Macarıstanla yanaşı, Polşa və Almaniya milliləri də mübarizə aparır. Liliom növbəti matç da danışıb: “Polşa ilə oyunda  bütün gücümüzü ortaya qoyacağıq. Təslim olmaq fikrimiz yoxdu, sona qədər oynamalıyıq”.

Tarix: 23 Sentyabr 09:31    Oxunub: 124    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Oktyabr 2017
16 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.