"Qəbələ"-"Neftçi": Arxada qalan 11 ildə 11 dəfə... ARDI GƏLİR

Sentyabrın 24-də Topaz Premyer Liqasının VI turuna yekun vurulacaq. Sportinfo.az xəbər verir ki, turun son görüşü Qəbələdə baş tutacaq. “Qırmızı-qaralar” öz meydanında “Neftçi” ilə görüşəcək.

 

Bu, rəqiblər arasında yubiley – 40-cı qarşılaşma olacaq. İlk dəfə 2006-cı il sentyabrın 30-da üz-üzə gələn komandalar indiyədək 39 dəfə qarşılaşıb. Bu oyunlardan 36-sı Premyer Liqa, 3-ü Azərbaycan kuboku çərçivəsində keçirilib.


Arxada qalan 11 ildə 11 dəfə bərabərliklə ayrılan rəqiblərin duellərində “Qəbələ” 13, “Neftçi” 15 dəfə qalib gəlib. Qələbə sayından fərqli olaraq, top fərqində tarazlıq hökm sürür. Hər komandanın 48 dəfə fərqləndiyi görüşlərdə ümumilikdə 96 qol vurulub.

 

Bu da o deməkdir ki, vurulacaq 4-cü qol bu rəqəmi 100-ə çatdıracaq. Bu matçlarda “Qəbələ”nin ən yaxşı bombardiri Dododur – 4 qol. Aleksey Qay, Baqali Dabo, Lorentso Ebesilio və Yannik Kamanan hərəyə 3 dəfə fərqlənib. 


Kubokdakı hər üç matç eyni – 1:1 hesablı bərabərliklə başa çatdığından çempionatda da oyunların balansı ciddi dəyişikliyə uğramayıb. Hər iki klub bütün qələbələrini Premyer Liqada əldə edib və 8 heç-heçə edibsə, eyni sayda - 45 qol vurmağı da bacarıb.

 

Kubokda isə iki dəfə penaltilər seriyası zərurəti yaranıb ki, onların da nəticəsi ümumi balansda nəzərə alınmayıb. "Qəbələ”nin meydanında keçirilən 19 matçda qonaqlar üstünlüyə malikdir. Meydan sahibləri 6, qonaqlar 8 qələbə qazanıbsa, 5 dəfə qalib müəyyənləşməyib. 23 qol vuran “qırmızı-qaralar” 25 top buraxıb.

 
2006/07 mövsümü
 
30.09.2006. Premyer Liqa. Neftçi (Bakı) - Gilan (Qəbələ) - 4:1
Zaur Tağızadə, 9, Ramazan Abbasov, 12, Georgi Adamiya, 72, Vadim Borets, 83 // Rəhman Əzizov, 86
 
03.04.2007. Premyer Liqa. Gilan (Qəbələ) - Neftçi (Bakı) - 1:4
Asif Məmmədov, 90+1 // Rəşad Sadıqov, 50 (p.), Branimir Subaşiç, 56, Georgi Adamiya, 65, Nadir Nəbiyev, 90+2
 
2007/08 mövsümü
 
26.08.2007. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 2:0
Aqil Məmmədov, 24, Branimir Subaşiç, 87
 
02.03.2008. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 2:3
Azər Cabbarov, 57, İrakli Vaşakidze, 75 // Branimir Subaşiç, 28, Dmitri Kruqlov, 47, Georgi Adamiya, 90 (p.)
 
2008/09 mövsümü
 
24.08.2008. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 0:1
Oleq Gerasimyuk, 39
 
01.03.2009. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 0:0
 
2009/10 mövsümü
 
21.10.2009. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 1:0
Kristian Torres, 80
 
10.12.2009. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 1:1
Rail Məlikov, 65 // Vurğun Hüseynov, 73
 
03.04.2010. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 1:2
Rəşad Abdullayev, 63 // Milan Antiç, 35, Tomaş Stolpa, 90+5
 
09.05.2010. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 0:0
 
2010/11 mövsümü
 
15.08.2010. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 0:2
Rəşad Abdullayev, 69, Bahodir Nasimov, 76
 
21.11.2010. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 0:0
 
2011/12 mövsümü
 
18.09.2011. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 2:0
Rəşad Abdullayev, 64, Araz Abdullayev, 85
 
20.11.2011. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 1:0
Aleksandr Çertoqanov, 39
 
11.03.2012. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 4:1
Dodo, 18, 27, Yannik Kamanan, 78, 83 // Bahodır Nasimov, 66 
 
11.05.2012. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 0:1
Amil Yunanov, 87
 
2012/13 mövsümü
 
18.08.2012. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 3:0
Cavid İmamverdiyev, 47, 87, Julius Vobay, 56
 
03.11.2012. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 2:1
Lourival Assis, 31, Dodo, 89 // Nikolas Kanales, 32
 
21.04.2013. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 2:1
Denis Silva Kruz, 53, Nikolas Kanales, 69 // Lorval Assis , 15
 
14.05.2013. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 1:1
Yannik Kamanan, 72 // Rəşad Sadiqov, 13 
 
2013/14 mövsümü
 
04.10.2013. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 1:2
Lorenzo Ebesilio, 7 // Mahir Şükürov, 20(p.), Rəşad Sadiqov, 56
 
15.12.2013. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 2:1
Araz Abdullayev, 12(p.), Mahir Şükürov, 90+4 // Leonardo da Silva, 45+1(p.)
 
09.03.2014. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 1:2
Lorenzo Ebesillo, 68 // Bahodır Nasimov, 29, 64.
 
02.05.2014. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 1:2
Cavid İmamverdiyev, 50 – Dodo, 62, Lorentso Ebesilio, 90
 
22.05.2014. Azərbaycan kuboku. Qəbələ - Neftçi - 1:1, p.2:3
Marat İzmaylov, 70 // Samir Məsimov, 52
 
2014/15 mövsümü
 
21.09.2014. Premyer Liqa. Qəbələ - Neftçi - 0:0
 
29.11.2014. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 0:0
 
15.02.2015. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 1:3
Viktor Mendi, 10 // Julius Vobay, 58, Denis Silva, 71, Flavinyo, 87 
 
17.04.2015. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 1:3
Nikolas Kanales, 44 // Aleksey Qay, 25, Cavid Hüseynov, 50, Viktor Mendi, 86
 
2015/16 mövsümü
 
17.10.2015. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 0:1
Aleksey Antonov, 90 
 
13.12.2015. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 0:1
Filyo Jairo Rodriges, 22 
 
05.03.2016. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 1:2
Salas Quinta Antonio, 26 //  Rafael Santos, 52, Rəşad Eyubov, 90
 
27.04.2016. Azərbaycan kuboku. Neftçi (Bakı) - Qəbələ - 1:1
Rəhman Hacıyev, 71 // Aleksey Qay, 5
 
01.05.2016. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 2:2
Aleksey Qay, 21(p.),, Rəşad Sadiqov, 51 //  Ruslan Qurbanov, 32, Elşən Abdullayev, 64 
 
04.05.2016. Azərbaycan kuboku. Qəbələ - Neftçi (Bakı) - 1:1
Ermin Zets, 75 // Ruslan Qurbanov, 58
 
2016/17 mövsümü
 
10.09.2016. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 0:8
Baqali Dabo, 6, 16, 59; Vitali Vernidub, 10; Filip Ozobiç, 29; Ruslan Qurbanov, 45+1, 83; Jayro Rodriges, 70 (ö.q)
 
29.10.2016. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 4:1
Sergey Zenyov, 11, 59; Asif Məmmədov, 62; Rəşad Eyubov, 77 // Araz Abdullayev, 49 
 
03.02.2017. Premyer Liqa. Qəbələ - Neftçi (Bakı) - 1:0
Daniel Subotiç, 77
 
14.03.2017. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 1:0
Namiq Ələsgərov, 40

Tarix: 23 Sentyabr 08:39    Oxunub: 134    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Oktyabr 2017
18 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.