"Bizi sıxışdırırdılar, onların gücünü birinci setdə gördük"

“Başlanğıcda bir qədər oyunumuz alınmadı. Lakin əvəzetmələrdən sonra vəziyyəti lehimizə dəyişdik. İkinci və üçüncü setlərdə isə öz oyunumuzu tapdıq, daha rahat olduq və yekunda qalib gəldik”.

 

Sportinfo.az xəbər verir ki, bunu qadın voleybolçulardan ibarət Azərbaycan millisinin məşqçisi Famil Ağayev Bakıda keçirilən Avropa çempionatının I turunda Macarıstan yığması üzərində 3:0 hesablı qələbəni şərh edərkən deyib.


O, Avropa çempionatında zəif rəqib olmadığını bildirib: “Bəlkə də kimsə Macarıstana zəif gözü ilə baxa bilər. Ancaq elə deyil. Onların gücünü birinci setdə gördük. Bizi sıxışdırırdılar.

 

Qrupdakı digər rəqiblərimiz Polşa və Almaniya da güclüdür. Bunlar tanınmış ölkələrdir. Sentyabrın 24-də Polşa ilə qarşılaşacağıq. Bu matça da yaxşı hazır olacağıq”.

 

F.Ağayev komandanın 2 və 4-cü zonalardan başqa kəsərli hücum təşkil olunmamasına da toxunub. O, bunu yığmadakı toppaylayıcıların təcrübəsizliyi ilə əlaqələndirib. 

 

Azərbaycan növbəti oyununu sentyabrın 24-də Polşaya qarşı keçirəcək. Milli Gimnastika Arenasında baş tutacaq matç saat 18:00-da start götürəcək.

Tarix: 23 Sentyabr 08:26    Oxunub: 127    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.