Azərbaycan güləşçisi hərbçilər arasında dünya çempionatında bürünc medal qazandı

Litvanın Klaypeda şəhərində hərbçilər arasında keçirilən 32-ci dünya çempionatında Azərbaycan milli komandası daha bir medal qazanıb. 

 

Sportinfo.az xəbər verir ki, ikinci yarış günündə 86 kq çəki dərəcəsində mübarizə aparan Əşrəf Əliyev fəxri kürsüyə yüksəlməyi bacarıb. O, bürünc medal uğrunda görüşdə çinli Bahetihan Huvatibiekeni 5:1 hesabı ilə məğlub edib.


Bununla da dünya çempionatının sərbəst və qadın güləşi yarışları başa çatıb. Komanda hesabında Azərbaycanın sərbəst güləş yığması Rusiya və İran millilərindən sonra üçüncü olub.


Son iki yarış günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq. İlk yarış günündə sərbəst güləşçilərdən Qalib Əliyev (61 kq) qızıl, Əfqan Xaşalov (57 kq), Ağahüseyn Mustafayev (65 kq) və Coşqun Əzimov (70 kq) bürünc medal əldə edib. Qadınların yarışında isə Türkan Nəsirova gümüş medala yiyələnib.

Tarix: 22 Sentyabr 17:48    Oxunub: 97    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

13 Dekabr 2017
12 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.