Neymar bu hərəkətinə görə komanda yoldaşından üzr istədi

PSJ-nin futbolçusu Neymar Fransa Liqasının 6-cı turunda “Lion”la oyunda Edinson Kavani ilə münaqişə etdiyi üçün komanda yoldaşlarından üzr istəyib.

 

Sportinfo.az xəbər verir ki, braziliyalı hücumçu bu barədə dünən axşamkı məşqində bildirib. Neymarın sözlərini komanda yoldaşı Tiaqo Silvanın tərcümə etdiyi bildirilir.

 

Neymar  "Lion”la görüş zamanı penaltinin  yerinə yetirmək istəsə də, Kavani buna mane olub. Özü isə zərbəni dəqiq yerinə yetirə bilməyib.

 

Bundan sonra oyunçular paltardəyişmə otağında mübahisə ediblər. Onların əlbəyaxa olmasına isə  T.Silva imkan verməyib.

Tarix: 22 Sentyabr 16:00    Oxunub: 97    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Oktyabr 2017
16 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.