"Hesab edirəm ki, yığmaya dəvət almaması onu yaraladı"

"Yuventus”un sabiq futbolçusu Fabritsio Ravanelli Qonsalo İquaynın durumundan danışıb. Sportinfo.az xəbər verir ki, Ravanelli İquaynın probleminin psixoloji aspektdə olduğunu deyib.

 

O, bildirib ki, yığma komandaya dəvət almamaq hücumçunu yaralayıb: “Bu, bizim tanıdığımız İquayn deyil. Böyük ehtimalla, onun problemi fiziki yox, psixoloji aspektədi. Hesab edirəm ki, yığma komandaya dəvət almaması onu yaraladı.

 

"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri hələ də onu meydana buraxmaqda davam edir. Ancaq hesab edirəm ki, bu amil İquaynın xeyrinə deyil. Bundansa, ona bir həftə istirahət vermək daha yaxşı olardı”.

 

İquayn A seriyasının 5 oyununda 2 qol vurub. O, oktyabrın 6-da və 11-də keçiriləcək DÇ-2018-in seçmə mərhələ oyunlarına dəvət almayıb.

Tarix: 22 Sentyabr 13:48    Oxunub: 153    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.