"Mən hamıdan üzr istəyirəm”.

Rusiya Kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib. Samir Məsimovun formasını geyindiyi “Fakel” də növbəti matçına çıxıb.
 
Sportinfo.az xəbər verir ki, sözügedən komanda doğma meydanda “Amkar”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan ağır məğlubiyyətlə ayrılıb – 0:4. 
 

Samir görüşün iştirakçısı olub. Matça start heyətində başlayan Məsimov 65 dəqiqə meydanda olub. “Fakel”in baş məşqçisi Pavel Qusev oyundan sonra fikirlərini bildirib. O, ağır məğlubiyyətə görə, azarkeşlərdən üzr istəyib:

 

“Amkar”ı qələbə münasibətilə təbrik edirəm. Hesab edirəm ki, tablodakı hesab oyunun axarına uyğun olmadı. Uşaqlar mübarizə apardılar. Ancaq etiraf edək ki, ustalıq səviyyəsi tam fərqli idi.

 

Üstəlik, xeyli səhv də buraxdıq. Qollardan 3-ü standart vəziyyətdən vuruldu. Bir çox futbolçumuz psixoloji aspektdən bu oyuna köklənə bilmədi.

 

Bu gün azarkeşlərimzi sevindirmək istəyirdik. Ancaq təəssüf ki, alınmadı. Buna görə də bütün azarkeşlərimizdən üzr istəyirəm”.

Tarix: 22 Sentyabr 11:48    Oxunub: 182    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Oktyabr 2017
16 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.