Azərbaycan yığmasına və "Qarabağ"a qarşı oynaya bilməyəcək

Çexiya millisinin və “Roma”nın futbolçusu Patrik Şikin təkrar müayinəsinin nəticəsi açıqlanıb. Sportinfo.az xəbər verir ki, A seriyasının IV turunda “Verona”ya qarşı debüt matçında zədələnən 21 yaşlı hücumçunun 2 həftə yaşıl meydanlardan kənar qalacağı dəqiqləşib.

 

Yay fasiləsində “Sampdoriya”dan “Roma”ya transfer olunan Şikin sol bud əzələsində şiş aşkarlanıb. Bu isə o deməkdir ki, hazırda müalicəsini davam etdirən futbolçu sentyabrın 27-də Çempionlar Liqasının II turunda “Qarabağ”la səfər oyununu buraxacaq.

 

O, həmçinin Çexiya yığmasının oktyabrın 5-də Bakıda Azərbaycan millisinə qarşı keçirəcəyi dünya çempionatının seçmə qrup matçında da iştirak edə bilməyəcək.

Tarix: 22 Sentyabr 10:00    Oxunub: 197    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Oktyabr 2017
18 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.