"Alveş Neymarın faşihəsi kimidi"

Uruqvaylı ulduz Dieqo Forlan PSJ-nin futbolçuları - həmyerlisi Edinson Kavani və braziliyalı Neymar arasındakı davaya münasibət bildirib. Sportinfo.az xəbər verir ki, o, Dani Alveşi hədəfə alıb:

 

"Kavani vəziyyətdən necə çıxacağını, nə danışacağını yaxşı bilir. Meydandan kənarda kiminləsə dost olmaq məcburiyyətində deyil. Amma meydanda hamısı komanda yoldaşıdı və yaxşı anlaşmağa məcburdular.

 

Bu problemin iki futbolçu arasında olması normal hadisədi. Amma Dani Alveşin topu alaraq sanki Neymarın fahişəsi imiş kimi ona verməsi məntiqli deyil.

 

Neymar tarixin ən bahalı transferi ola bilər. Ancaq Kavaniyə hörmətlə yanaşmalıdı. Neymar bu hərəkəti Messiyə qarşı edə bilməzdi".

 

"Lion"la oyunda cərimə zərbəsini və penaltini vurmaq üstündü Kavani və Neymar arasında gərginlik yaranmışdı. Daha sonra onların paltardəyişsə otağında dava etdiyi də deyilir.

Tarix: 22 Sentyabr 01:00    Oxunub: 380    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.