"Bir-iki aya istədiyim, məni qane edən işlə təmin olunmasam, ölkədən gedəcəm"

Son zamanlar ölkəni tərk edərək, yaşamaq üçün xaricə üz tutanları sayı durmadan artır. Onlar arasında idman camiəsindən də olanlar var. Məsələn, birvaxtlar baş məşqçi qismində “Xəzər adaları” ilə futzal üzrə ölkə çempionu olmur Elnur Qəmbərov.

 

Elnur bəy artıq bir ildən çoxdu Kanadaya köçüb və orda yaşayır. Hətta bir müddət öncə FİFA referisi Əliyar Ağayevin də ölkəni tərk edəcəyi ilə bağlı xəbərlər yayılmışdı. “Green Card” (ABŞ-ın xarici vətəndaşlara ömürlük və müddətsiz verdiyi daimi vətəndaşlıq vəsiqəsi) əldə edən hakim bir neçə günlük okeanın o tayına yollanmışdı.

 

Lakin məlum oldu ki, Ağayevin səfəri turistik imiş. Amma onun əlində “Green Card” var və istədiyi an ölkədən gedə bilər. Sportinfo.az xəbər verir ki, “Qaradağ Lökbatan”ın baş məşqçisi Azər Bağırov da Kanada vizası alıb.

 

O, bu haqda özünün “feysbuk” hesabında paylaşım edib. Yəqin ki, Bağırov da ölkəni tərk etməyə hazırlaşır. Gənc mütəxəssis bu haqda bunları dedi: “Hələ ki buralardayam. Amma ağlımda bir plan var. Mən Azərbaycanda böyümüşəm, oxumuşam və işləmişəm.

 

Burda mənəvi cəhətdən borclu olduğum insanlar var. Onlara görə hələ ki burdayam. Açığı, uzun müddətə getmək istəyirəm. Bir-iki aya istədiyim, məni qane edən işlə təmin olunmasam, yəqin ki, ölkədən gedəcəm. Başqa heç nə deyə bilmərəm” (Futbol+). 

Tarix: 22 Sentyabr 00:53    Oxunub: 857    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Oktyabr 2017
18 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.