"Mançester Yunayted" ötən mövsüm 658 milyon avro gəlir götürüb

"Mançester Yunayted"in 2016-2017 mövsümündə gəliri rekord məbləğdə - 581 milyon funt stetlinq (təqribən 658 milyon avro) olub.

 

Sportinfo.az xəbər verir ki,  hesabat dövründə xalis mənfəət 80,8 milyon funt (99,6 milyon avro) təşkil edib.


Ötən il "mankunianlar"ın gəliri 515,3 milyon funt (583,7 milyon avro), xalis mənfəəti isə 68,9 milyon funt (78 milyon avro) olub. Klub 2018-ci ildə gəlirini 575 - 585 milyon funta (651 - 662 milyon avroya) çatdıra bilər.


Digər tərəfdən, əmək haqqının ümumi məbləği 31,3 milyon funt artıb və hazırda 263,5 milyon funt (298,5 milyon avro) təşkil edir. Bu, İngiltərə Premyer Liqasında ən böyük göstəricidi.


Kommersiya gəliri 275,5 milyon funt (312,1 milyon avro), teleyayım hüququnu satışından qazanc 194,1 milyon funt (219,8 milyon avro) təşkil edib ki, bu da ötənilki ilə müqayisədə 53,7 milyon funt çoxdu.

Tarix: 22 Sentyabr 00:40    Oxunub: 84    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Oktyabr 2017
16 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.