FOTO - Azərbaycanlı hərbçilər arasında dünya çempionu oldu

Litvanın Klaypeda şəhərində hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatına start verilib. Hərbçilərin 32-ci dünya çempionatına 22 ölkədən 320-dək güləşçi qatılıb. 

 

Sportinfo.az xəbər verir ki, ilk yarış günündə Azərbaycan millisi 1 qızıl, 1 gümüş, 3 bürünc medal qazanıb.


Azərbaycan sərbəst güləşçilərindən Əfqan Xaşalov (57 kq), Qalib Əliyev (61 kq), Ağahüseyn Mustafayev (65 kq), Coşqun Əzimov (70 kq), qadın güləşçilərdən isə Türkan Nəsirova (48 kq) ilə Tatyana Varantsova (53 kq) xalça üzərinə çıxıblar.

 

Qızıl medalı Qalib Əliyev əldə edib. O, finalda amerikalı Rayn Menqlanı 8:4 hesabı ilə məğlub edərək dünya çempionu olub.

 

Gümüş medala Türkan Nəsirova, bürünc medallara isə Əfqan Xaşalov, Ağahüseyn Mustafayev (65 kq) və Coşqun Əzimov (70 kq) sahib olub. 

Tarix: 21 Sentyabr 12:48    Oxunub: 74    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Oktyabr 2017
20 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.