"Qəbələ"dən 7 medal - FOTO

Taekvondo üzrə gənclər arasında Azərbaycan birinciliyinə yekun vurulub. Sportinfo.az xəbər verir ki, “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilən yarışda “Qəbələ” İdman klubunun taekvondoçuları da çıxış edib. Üç gün davam edən yarışda idmançılarımız 7 qızıl medal qazanıb. Nərgiz Hacıyeva (46 kq) və Diana Hacıəliyeva (55 kq) qızların yarışında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Oğlanların mübarizəsində isə təmsilçilərimiz 5 çəki dərəcəsində hamıdan güclü olub. Əbülfət Zülfüqarov 55 kq, Qasım Aslanov 59 kq, Cavad Ağayev 63 kq, Niyaz Zülfüqarlı 68 kq, Orxan Tağızadə +78 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medala yiyələniblər. Taekvondoçularının nəticələrinə əsasən “Qəbələ” komanda hesabında 1-ci yeri tutub.

Tarix: 20 Yanvar 09:00    Oxunub: 173    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Sentyabr 2017
23 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.