Məmmədov AFFA-nın diviziona buraxmadığı komandanın sükanı arxasında

"Mil-Muğan"dan qaçan Aqil Məmmədovun yeni iş yeri müəyyənləşib. Sportinfo.az-ın məlumatına görə, rəhbərliklə yola getməməsi səbəbindən İmişli klubundan ayrılan gənc mütəxəssis fəaliyyətini "Göyçə"də davam etdirəcək.

 

Sabiq "Sumqayıt"lı hələlik AFFA tərəfindən diviziona buraxılmayan komandada Bəhmən Həsənovu əvəzləyib. Bu təyinat Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin təkidi ilə baş tutub.

 

Yoxsa "Göyçə"nin prezidenti Mübariz Məmmədovun Bəhmən Həsənova toxunmaq fikri yox idi. O, çempionatda iştirak xatirinə nəinki "alverçi Bəhmən"dən, həmçinin onun gətirdiyi futbolçuların və texniki işçilərin xidmətindən imtina edib.

Tarix: 21 Sentyabr 08:36    Oxunub: 715    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Oktyabr 2017
16 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.