İslam Abbasov: "Hədəfim hərbçilərin dünya çempionu olmaqdı"

“Dünya çempionatına yüksək səviyyədə hazırlaşmışıq. İnanıram ki, bizə bəslənən ümidləri doğruldacağıq”. Sportinfo.az xəbər verir ki, bunu MOİK-in üzvü, hərbçilərin 32-ci dünya yarışında yunan-Roma güləşində ölkəmizi təmsil edəcək İslam Abbasov (85 kq) deyib.

 

O, qələbəyə iddialı olduğunu söyləyib: “Komandamız çox güclüdür. Bu dünya çempionatı əvvəlkilərdən daha gərgin idman mübarizəsi şəraitində keçəcək. Çünki bu il bu yarışın 100 illiyi tamam olur.

 

Ona görə də çalışacağıq ki, yubiley çempionatında komanda hesabında da qalib gələk. Gənclər arasında dünya və Avropa çempionu, İslam həmrəyliyi oyunlarının, böyüklər arasında dünya kubokunun qalibi olmuşam. Hədəfim bu yarışda da çempion olmaqdı”.

Tarix: 21 Sentyabr 00:46    Oxunub: 114    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

13 Dekabr 2017
12 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.