"Qəbələ" Sumqayıtda "Koreya səfiri kuboku"nun qalibi oldu

Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən taekvondo üzrə “Koreya səfiri kuboku” na yekun vurulub.

 

Sportinfo.az xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyası və Cənubi Koreya respublikasının ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı və dəstəyi ilə keçirilən yarışda “Qəbələ” İdman Klubunun təmsilçiləri də uğurla çıxış edib.

 

Taekvondoçulardan dördü çıxış etdiyi çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Komanda hesabında da “Qəbələ” 1-ci yeri tutub.

 

Oğlanların mübarizəsində Əbülfət Zülfüqarov 55 kq, Qasım Aslanov 59 kq, Cavad Ağayev 63 kq, Orxan Tağızadə +78 kq çəki dərəcəsində turnirin qalibi adını qazanıb. 

Tarix: 19 Sentyabr 18:36    Oxunub: 105    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Oktyabr 2017
20 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.