“Neftçi” liderliyini möhkəmlətdi və “Naxçıvan”ın "əlinə oynadı"

Kişi voleybolçuları arasında Azərbaycan çempionatında II dövrəyə start verilib. Sportinfo.az-ın məlumatına görə, baş tutan qarşılaşmalarda liderlər növbəti qələbələrini qazanıblar. Belə ki, çempionatın yeganə uduzmayan komandası “Neftçi” bu dəfə də xal itirməyib. Azərbaycan çempionu MOİK-ə qalib gəlməklə, birinci pillədəki yerini möhkəmlədib.
 
“Hərbiçilər”in məğlubiyyəti isə “Naxçıvan”ın xeyrinə işləyib. Onlar “Sumqayıt”a qalib gəlməklə, 3-cü yeri MOİK-dən alıblar. Turun digər - “Nəqliyyatçı” - “Lokomotiv” duelində isə “dəmiryolçular” çətinlik çəkmədən qələbə qazanıblar.  
 
“Nəqliyyatçı” - “Lokomotiv” – 0:3 (19:25, 17:25, 17:25)
“Naxçıvan” – “Sumqayıt” – 3:0 (25:17, 25:23, 25:19)
“Neftçi” – MOİK – 3:1 (25:14, 22:25, 25:11, 25:18)
 
 
                                  O    Q    M     S        X
1    “Neftçi”                  6     6     0    18-2    18
2    “Lokomotiv”            6     5     1    16-4    16
3    “Naxçıvan”             6     3     3    14-11   10
4    MOİK                    6     3     3    10-13    7
5    “Nəqliyyatçı”          6     1     5     5-15     4
6    “Sumqayıt”            6     0    6      0-18     0

 

Tarix: 23 Dekabr 12:00    Oxunub: 99    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 Mart 2017
25 Mart 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.