"Düşmən" tərəfə baş çəkdi, gözdən düşdü - Qovulmasını istəyirlər!

“Portu”nun hücumçusu Vinsent Abubakar klubun azarkeşlərinin tənqidinə məruz qalıb.

 

Sportinfo.az xəbər verir ki, buna kamerunlu hücumçunun Çempionlar Liqasının qrup mərhələsinin ilk turunun “Portu” - “Beşiktaş” oyunundan (1:3) sonra rəqib komandanın paltardəyişmə otağına girməsi səbəb olub.

 

Belə ki, cəza səbəbindən oyunu buraxan Abubakar matçın ardından qonaq komandanın paltardəyişmə otağına daxil olub, hətta “Portu”nun qapısına üçüncü qolu vuran Rayan Babellə video çəkərək sosial şəbəkədə paylaşıb.

 

“Əjdahalar”ın azarkeşləri 25 yaşlı forvardın bu hərəkətindən bərk qəzəbləniblər. Hətta bəzi fanatlar onun klubdan qovulmalı olduğunu deyib.

 

Azarkeşləri xüsusilə, hücumçunun şən əhval-ruhiyyədə olması hövsələdən çıxarıb. Abubakar ötən mövsümdə icarə əsasında “Beşiktaş”ın şərəfini qoruyub.

Tarix: 14 Sentyabr 15:12    Oxunub: 343    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 Sentyabr 2017
21 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.