"Zirə"nin sponsoru üzə çıxdı, kluba yeni prezident qoyuldu

Bu gün “Zirə”nin yeni prezidenti seçilib. Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib. Məlumatda bunlar yazılıb:

 

“Məlum olduğu kimi, 2014-cü ildə təsis edilmiş “Zirə” Peşəkar Futbol Klubu qısa zamanda futbol ictimaiyyəti və azarkeşlərin etimadını doğrultmuş, onların rəğbətini qazana bilmişdir.

 

Əldə edilmiş nailiyyətlərin qorunması, daha böyük uğurların qazanılması, eləcə də, Azərbaycan futbolunun inkişafına davamlı töhfə vermək kimi hədəflər hazırkı mərhələdə klubun daha da yüksək peşəkarlıq prinsipləri əsasında idarə olunmasını zəruri edir.

 

Bu məqsədlə aparılan klubdaxili məsləhətləşmələrin nəticəsi olaraq, Orxan Məmmədov “Zirə” PFK-nın fəxri prezidenti seçilib. “Zirə” PFK-nın yaradılmasının əsas təşəbbüskarı olmuş Orxan Məmmədov klubun əldə etdiyi uğurlarda böyük rola malikdi.

 

Buna qədər icraçı direktor vəzifəsində çalışan Natiq İsmayılov “Zirə” PFK-nın prezidenti təyin olunub. İcraçı direktor vəzifəsini isə bundan sonra Cahangir Məmmədov yerinə yetirəcək”.

Tarix: 14 Sentyabr 14:48    Oxunub: 759    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Sentyabr 2017
19 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.